Bölgə

ƏRƏBİSTAN TEZLİKLƏ ALTERNATİV ENERJİ LAYİHƏLƏRİNİ AÇIQLAYACAQ

Ərəbistan “Dünyanın Ən Ucuz Elektriki” tərhini açıqlayacaq.
Ərəbistanın enerji vəziri Əbdül Əziz Bin Salman deyib ki,ölkəsi ehtiyac olan elektrikin yarısını 2030-cu ilə kimi yenilənən mənbələrdən tolid etməyi düşünür.
Onun sözlərinə görə, hazırda Günəş energisinin tolid projəsi üzərində işlər gedir. Bu barədə məlumat tezliklə açıqlanacaq.
Ərəsbistan ötən il Günəş və yel mənbələrindən 1.8 travat saat elektrik tolid edib. Bu isə tolid olunan ümumi bərqin ancaq yüzdə 0.5 faizidir. Yerdə qalan elektrik ehtiyacı isə qaz və nəft məhsulları kimi fosil yanacaqları ilə işləyən hərarət niruqahlarından təmin olunub.
Ərəbistan bundan öncəki açıqlamasında deyib ki, 2025-ci ilədək Günəş və yel elektrik tolidi projələrinə 30 milyard dolar sərmayə yatıracaq.
Dünyada nəft qiymətlərinin düşməsi və koronanın yayılması Ərəbistanı kəskin mali çətinliyə salıb. Beynəlmiləl Pul Sandığının öngörüsünə görə ölkənin bu ildə iqtisadi böyüməsi yüzdə -6.8 ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button