İqtisadiyyat

Ərdəbildə 273 nəfərə müavinət ödənilib

Ərdəbildə 273 nəfərə evdə iqtisadi fəaliyyətlər üçün 38 milyard 500 milyon rial yardım ödənilib. Bu barədə Ərdəbil ustanının Təavun, Əmək və İctimai rifah Baş İdarəsinin rəisi Qasım Rəhimi məlumat verib. O, bildirib ki, iki bankın daxili qaynaqlarından Ərdəbil ustanının səhmiyəsi 55 milyard rialdır. Qurum rəsmisi deyib ki, son illərdə evdə iqtisadi fəaliyyətlər üçün Ərdəbil ustanının payı yüzdə yüz ödənilib. Məlumata görə, ən yüksək yardım məbləği Ərdəbil şəhərində, ən az yardım isə Səreyn bölgəsi üzrə bəlli edilib. Bunun səbəbi isə hər bölgənin əhali nisbəti və həmin bölgədən yardım üçün müraciət edənlərin sayından asılıdır.

Related Articles

Bir cavab yazın

Back to top button