Dünyaİran

İranda Ermənistanın ticarət attaşesi fəaliyyət göstərəcək

Ermənistanın İranda ticarət numayəndəliyinin məsulu fəaliyyət göstərəcək. Bu barədə qərar Ermənistan hökumətinin avrilin 15-də fərvərdinin 26 ilə bərabər keçirilən toplantısında qəbul olunub. Bildirilib ki, son zamanlar İranla iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişlənməsi görülür. “İranın yüksək vəzifəli məqamları ilə əldə edilən anlaşmalara uyğun olaraq iki ölkə arasında iqtisadi-ticarət ilgilərinin genişlənməsi, eləcə də ikitərəfli ticarət həcminin artırılması yönündə fəaliyyət göstərilir. Ermənistan Amar Komitəsinin məlumatına görə, 2020-ci ildə ticarət dövriyyəsi 400,2 milyon Amerika doları olub. Ermənistandan İrana sadirat 84 milyon 800 min İrandan Ermənistana sadirat isə 315milyon 4oo min dolar olub”, -deyə Ermənistan hökumətinin yaydığı məlumatda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button