İran

Məşhur türkmən aktivist Tahir Sarlı saxlanılıb

Sarlı Gülüstan Əyalətinin (əvvəlki adı Türkmən Səhra) Günbəd Kavus şəhəri Ümumi Prokurorluğuna çağırılıb müraciət etdiyində saxlanılıb.

Türkmən siyasi aktivist yanvarın 17-si Prokurorluğun 5-ci İstintaq Şöbəsində istintaqı başlamaqla bir müddət əvvəl şəhərin Mərkəzi Həbsxanasına aparılıb.

Aktivistə “ictimaiyyət düşüncəsini çaşdırmaq” yolu ilə “Respublikanın təhlükəsizliyinə qarşı hərəkət” itihamı elan olunub.

48 yaşlı Tahir Sarlı Günbəd Kavus rayonu Sarlı kəndinin sakinidir. O, Şahrud şəhəri Azad İslam Universitetinin bakalavr pilləsində tələbəsi olun.

Həmçinin Güney Azərbaycanın Zəngan Əyaləti Əbhər şəhərində həmin universitetin digər filialında tarix ixtisası üzrə magister pilləsini bitirib.

Related Articles

Bir cavab yazın

Back to top button