Azərbaycan

Güney Azərbaycan tarixinin qanlı səhifəsi:31 Mart, yaddaşımızdan silinməyən dəhşətli fəlakət

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım Quzey Azərbaycandan əlavə, Güney Azərbaycanda da həyata keçirilib.

​​
  Güney Azərbaycanın qərb bölgəsində erməni-aysor quldur dəstələrinin yerli əhaliyə hücumu 1918-ci ilin fevralından iyulunadək davam edib.

Güney Azərbaycanda erməni-aysor birləşmələrinin Urmiyada müsəlman əhalisinə qarşı olan basqını 1918-ci ilin Novruz bayramına iki gün qalmış, axır çərşənbə axşamı baş verib. Həmin gün “Qara çərşənbə”, “Qanlı çərşənbə” və “Cilovluq faciəsi” kimi tanınır.

Güney Azərbaycanın qərb bölgəsindəki bir çox şəhərlərin ermənilərin əlinə düşməsi xəbərini alan Osmanlı ordusu ilk öncə Urmiyanı, 1918-ci ilin iyun ayının əvvəlində isə Səlmas və Xoyu erməni quldurlarından azad edir.

Güney Azərbaycanda öldürülən əhali haqqında dəqiq məlumat olmasa da, bir çox mənbələrdə qətlə yetirilən azərbaycanlıların sayının 150 mindən çox olduğu qeyd edilir.

Təəssüf ki, bu cinayətlər haqqında yetərincə araşdırma aparılmayıb. Ermənilərlə dostluğu öz siyasətində prioritet hesab edən qəddar molla rejimi bu cinayətləri ört-basdır
etmək məqsədi ilə bu mövzuda axtarışlara imkan yaratmır.

Related Articles

Bir cavab yazın

Back to top button