Dünya

Vyanada BƏRCAM üzrə ortaq komissiyanın toplantısı keçiriləcək

BƏRCAM üzrə Ortaq Komisionun növbəti toplantısı azər ayının 26-da Otrişin paytaxtı Viyəndə keçiriləcək. Bu barədə Avropa Birliyinin azər ayının 10-da yaydığı bəyaniyyədə bildirilib.
“Toplantıya Avropa Birliyinin Xarici Siyasət İşləri üzrə məsul şəxsi Helqa Şmid başçılıq edəcək. Britaniya, Alman, Fransa üçlüyünün, habelə Çin, Rusiya və İranın nümayəndələri də iştirak edəcəklər. İştirakçılar İranla Atom Razılaşmasını qorumaq üçün görüləcək işləri müzakirə edəcəklər. Bu anlaşmanın tam və təsirli icrasına zəmanətlə bağlı fikir mübadiləsi aparılacaq. Vəzirlər səviyyəsində hazırlıqların görülməsi toplantının gündəmindədir”,-deyə bəyanniyədə qeyd olunub.
Xatırladaq ki, anlaşma üzvlərinin sonuncu toplantısı şəhrivər ayında keçirilib. Avropa Birliyi, ötən aylarda dəfələrlə İranı atom öhdəliklərinə bağlı qalmağa təkid edib. Ötən həftə İranla Atom Razılaşması ilə bağlı münaqişlərin həlli üçün Britaniya, Alman və Fransanınn xarici işlər vəzirlərinin iztirari toplantısı keçirilib.
Atom Enerjisi Beynəlmiləl Ajansının aban ayının 28-də nəşr edilmiş raporunda bildirilib: “İran ikinci nəsil santrifuj cihazlarına Uranium Heqza Florid qazını vurmağa başlayıb”.
Qeyd edək ki, Amerikaya yeni prezident seçilmiş Co Bayden Amerikanın gələcək dövlətinin BƏRCAM-a qayıtma ehtimalını rədd etməyib. Bayden bildirib ki, İran həmin razılaşmaya bağlı qalarsa, onun dövləti BƏRCAMA qoşulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button