İran

Xorasan Türk fəalın taleyindən xəbər yoxdur

İranın Xorasan əyalətində yaşayan türk fəal Məhəmməd Bərzgər Dəvin (Dəşmirgücü) taleyindən xəbər yoxdur.

Bu barədə onun ailəsi məlumat verib.

Onlar avqustun 6-da təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəalın ETTELAAT təcridxanasında oduğunu ehtimal etsələr də, bu barədə rəsmi açıqlama verilmədiyini deyirlər.

Fəalın ailəsi onun hər iki nömrəsinin söndürüldüyünü, ona məxsus sosial media kanallarının bağlandığını, həyatda olub-olmadığından xəbər tuta bilmədiklərini bildirirlər.

Qeyd edək ki, Məhəmməd Bərzgər türkmənlərin hüquqlarının müdafiəsi və İranda türk dilində tədrisin tanınmış tərəfdarlarındandır.

Onun bu barədə, eləcə də türkmənlərin mədəni hüquqları ilə bağlı yazıları xaricdə fəaliyyət göstərən media orqanlarında və türkdilli mediada nəşr edilib.

Related Articles

Bir cavab yazın

Back to top button