İran

İran “Nətənz”də 4-cü sentrifuqani quraşdırıb

İran “Nətənz” yeraltı atom təsisatında sayca dördüncü qabaqcıl santrifyuj abşarını quraşdırıb. Bununla ilgili Atom Enerjisi üzrə Beynəlmiləl Ajansdan məlumat verilib. Bildirilib ki, İran prosesin icrası üçün hələlik bura heqzaflorid qazının vurulmasını həyata keçirməyib. Qısa müddət ərzində isə daha bir növ santrifyujun quraşdırılması planlaşdırılır. Ajansın raporuna əsasən, marsın 7-də üçüncü IR-2 santrifyuj abşarına UF-6 vurmağa başlanılıb.
Qeyd edək ki, Tehran bu addımı ilə 2019-cu ilin meyindən bəri atom anlaşmasına dair öhdəliklərini pozur. Atom anlaşmasına görə, İrana yalnız birinci nəsil IR-1 santrifyujlarından istifadə etməyə icazə verilir. Ancaq desambr ayından bəri daha qabaqcıl İR-2 santrifyujlarından istifadə etməyə başlanılıb ki, bu da uranı daha sürətlə zənginləşdirməyə imkan verir.

Related Articles

Bir cavab yazın

Back to top button