Dünya

Etirazçılar Qazaxıstan Prezidentinin Almatıdakı iqamətgahını ələ keçirib

Qazaxıstanın Almatı şəhərində etirazçılar Prezident iqamətgahını ələ keçirib.

Bir neçə min etirazçı Prezident Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına soxulmağa cəhd edir.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Aksiya iştirakçılarının bir qismi meriya binası yaxınlığındakı kütlədən ayrılaraq Prezident iqamətgahına gedib. Ətrafda hər şey tüstülənir, səs qumbaralarının partlayışı və atəş səsləri eşidilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin artmasına etiraz olaraq başlayan aksiyalar iki gündür davam edir.

 

Related Articles

Bir cavab yazın

Back to top button