Araşdırma & TəhlilBölgə

Əfqanistanda yeni dönəm başladı

Dünyanın gözü önündə Əfqanistanda Taliban dönəmi başladı. Xəbərlər trafikində Əfğanistandan gələn xəbərlərin və görüntülərin sürəti hamını təccübləndirdi. heç bir ciddi dirəniş olmadan Taliban bütün ölkəni ələ keçirdi. Dünən Afqanistan Cumhurbaşqanı Əşrəf Qəni istefa verib Tacikistan-a qaçdı və Jeneral Dostum kimi çox iddialı əsgərlər də savaşmadan qaçmaq zorunda qaldılar. Ancaq əsas qaçış bir millətin qaçışıdır. Dünən gecə və bugün səhər Kabul hava limanlarında minlərlə insanın uçaqlara minməyə çalışırkən görüntüləndi. Əslində ölkədən köç, həftələrdir ki başlamışdı ancaq dünəndən bəri böyük bir çöküşün olmasını bütün dünya izləyir.
Taliban gücləri öncə İran, Pakistan və Çin kimi ölkələrin sınır bölgələrini ələ keçirdi. Başda İran olmaqla heç bir xarici ölkə Talibanın ilərləməsinə qarşı çıxmadl. Rusiya, Əfqanistandaki səfirliyini açıq tutacağını dedi. Çin Taliban ilə anlaşacağını bildirdi və İran aylar və hətta illər öncəsindən Talibanla olan danışıqlarıı heç gizlətmək belə istəmədi. Milyonlarca Əfqanistanlı indi hara necə gedəcəyinə düşünür.
Ancaq uzaqdan baxınca ən çox sorulan soruların biri budur ki nə üçün Əfqanistan milləti Talibana qarşı dirənmədi?
İllərdir Əfqanistan İslam Cumhuriyyəti ölkədəki hakim rejimdir. Bir anayasa var və dünyada məşru görülən bir siyasi sistem iş başındadır. Ancaq Əfqanistan hakimləri bu illərdə ancaq öz xeyirlərinə işlədilər. Ölkəni idari və iqtisadi fəsad alıb. Talibanın ələ keçirdiyi saraylardan görünür ki, Əfqan liderləri ancaq özlərini düşünüblər, öz maddi xeyirlərinə işləyiblər və millət günü gündən yoxsullaşıbdır. İndi Əfqanistan milləti bu durumda hansı liderin arxasında dursun? Hansı ümidə və hansı imkanla Talibana qarşı dirənsin. Əslində, Talibanı gücləndirən elə bu fasid sistem olmadımı?
Əfqan siyasətçilərinə gəldiyində hamısında belə bir təsəvvür varıydı ki dünya bir daha Talibanın iş başına gəlməsinə izn verməz.
Əfqanistanda baş verən bu hadisələrin başqa önəmli bir dərsi daha var. O da budur, Qərb ölkələri və ümumiyyətlə, dünya öz mənfətini harda və necə görürsə elə davranır. Yəni bir çox ölkəyə Taliban kimi rejimlərin varlığı bəhanəsiylə qoşun çəkən Qərb ölkələri Əfqanistan qonusunda susdular. Arxada hansı hesabların necə olduğunu anlamaq indilik çətin ola bilər, ancaq hələ Əfğanistan milləti üçün dəyişən bir şey olmayacaq. məsələyə İran pəncərəsindən baxınca, Tehran hakimiyyəti Talibanın iş başına gəlməsindən son dərəcə razı görünür. Taliban işə gələr-gəlməz Məhərrəm ayı üçün Əfqanistanda asılan qara bayrağları çıxardı, Şiə hökümətiylə bağlı bəzi radikal sözlər də deyildi. hər nə olursa olsun Tehran hakimiyyəti Talibanın rəsmiyyətə tanınmasından razı görünür. Bölgədə Talibanın olduğu bir radikal İslamçı ölkənin olması İrana olan baxışların daha az gəlməsini də sağlayacaq görünür. Artıq İnsan Haqlarının pozulması qonusunda dünyada İrandan çox Əfqanistanda baş verəcək və bu da Tehranı razı edən məsələlərin biridir. bütün siyasi hesab-kitabdan uzaq olan məsələ budur ki, Əfqanistanda bir nəsl daha yandı, həm də bütün dünyanın gözü önündə.

Related Articles

Bir cavab yazın

Back to top button