Bölgə

“Əl-Monitor”: Livanlılar kütləvi şəkildə Ermənistan, Gürcüstan və Türkiyəyə mühacirət edir

Livanda iqtisadi və sosial vəziyyət ölkədəki siyasi böhranla eyni vaxtda daha da pisləşib. Türkiyə, Ermənistan və Gürcüstan Livandan mühacirət dalğasının yeni istiqamətləridir

Ölkələrində kəskin iqtisadi və sosial böhran səbəbindən livanlılar kütləvi şəkildə yeni miqrasiya istiqamətləri seçirlər. Bu, ölkə tarixində ən böyük miqrasiya dalğalarından biri sayılır.

“ANT” xəbər verir ki, Livanda iqtisadi və sosial vəziyyət ölkədəki siyasi böhranla eyni vaxtda daha da pisləşib. Türkiyə, Ermənistan və Gürcüstan Livandan mühacirət dalğasının yeni istiqamətləridir.

Son bir-iki ildə livanlı gənclər Türkiyə, Gürcüstan və Ermənistan kimi ölkələrdə, son vaxtlarda isə Serbiyada yeni həyat imkanları axtarmağa başlayıblar.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsində işğalçı Ermənistan Livandan erməniləri fəal şəkildə döyüşlərə cəlb edib və bununla bağlı çox sayda foto və videofaktlar və sübutlar var. İndi də livanlıların Ermənistana mühacirət etməsi ilə onların rəsmi Yerevan tərəfindən Azərbaycana qarşı hərbi təxribatlara və döyüşlərə cəlb ediləcəyi istisna deyil.

Related Articles

Bir cavab yazın

Back to top button