Bölgə

ƏRƏBLƏR PKK İLƏ MÜBARİZƏDƏ TÜRKLƏRİ DƏSTƏKLƏDİ

Ərəb əşirəti Qartal-pencəsi əməliyyatlarını himayət etdiyini bildirdi
İraqın Kərkük, Səlahəddin və Diyala bölgələrində qəbilələrin numayəndələri Ərəb əşirətləri sözçüsü, Şeyx Məzahim əl-Huveyt, İraqın şimalındakı teror təşkilatı PKK-ya qarşı Türkiyə Silahlı Qüvvələrinin (TSK) əməliyyatlarını bir bildiri yayınlayaraq dəstəklədiklərini açıqladı.
Huveyt bunun Sinjar dağında teror təşkilatı tərəfindən kontorol edilən həbsxanalarda günahsız tutuqlanan Ərəb qadınlarına qarşı cavab olduğunu deyib. Sincarda yeraltı 8 gizli həbsxanada 80 günahsız adam saxlanılır. Teror təşkilatı PKK-nın Sincar, Mahmur və ətrafındakı bölgələrdə cinayət törətdiyini vurğulayan Huveyt, İraqın mərkəzi hökumətini, Bağdad Məclisini və İraq Kürd iqliminin Rəhbərliyini PKK-nın ölkənin şimalından çıxarmağa çağırdı. Xatırladaq ki, xordadın 25-i Türkiyə tərəfindən edilən hücumlar zamanı Sincar və Mahmurdakı PKK payqahları Türkiyə ordusunun döyüş uçaqları tərəfindən hədəfə alındı. Əl-Ərəbiyyənin məlumatına görə Sanjar yüksəkliklərindəki PKK mövqelərinə təxminən 20 raket atılıb.

Related Articles

Bir cavab yazın

Back to top button