İran

Ərdəbildə kənd təsərrüfatı ilə məşğul olanların sayı azalıb

Ərdəbil əkin məhsullarının yetişdirilməsi ilə bağlı önəmli əyalətlərdən biri olub. Ancaq bu sahə barədə düzgün bərnamələrin hazırlanmaması insanları əkinçilikdən uzaqlaşdırıb. Nəticədə kənd sakinləri çalışmaq üçün şəhərlərə üz tutumağa başlayıb. Məsulların sözlərinə görə, Germi və Xalxal vilayətlərindən köç edənlərin sayı daha çoxdur. Ərdəbil Əyaləti Müdiriyyət və Bərnamələr Sazimanın Amar, Biliklər müavini Fəriburz Dehqan məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Ərdəbil əyalətinin kəndlərindən hər il 10 min nəfər azalır. 1375-ci ildən 1395-ci ilədək bu durum ardıcıl olaraq davam edib. Dehqan iş tapmaq üçün şəhərlərə köçənlərin əksəriyyətinin gənclər olduğunu deyib. Belə ki, kəndlərdə iş sahələrinin olmaması köçlərin artmasına səbəb olub. Ərdəbil Əyaləti Cahad Kişavərzi Sazimanın rəisi Xəlil Nikşad da bu barədə danışıb. O, köçlərin daha çox əkinçiliyə ziyan vurmasına diqqət çəkib. Məlumata görə, əyalətdə 120 min nəfər əkin sahələrində çalışır. Onların çoxunun yaşı 50-i ötüb. Gənclər əkin bölməsində işləməyə meyilli deyillər. Təzəkənd kəndinin sakini Məhəmməd Baqiri suyun təmini kimi ilkin imkanlardan məhrum olduqlarını bildirib. “Zəhmət çəkirik, amma məhsulumuzu münasib qiymətə sata bilmirik. Ona görə də gənclərin kənddə qalmağa marağı yoxdur. Əkinçi bu ağır iş müqabilində öz dolanışığını təmin edə bilmir”,-deyə o, bildirib

Related Articles

Bir cavab yazın

Back to top button