Dünya

Bloomberg”: “Amerika 2 milyon barel İran neftinə həbs qoyacaq”

Amerika İranın enerji sadiratının qarşısını almaq üçün təxminən 2 milyon boşqa İran nəftinə həbs qoymağa çalışır. Bu barədə “Bloomberg” xəbər verib. Məlumata görə, xam nəft Liberiya bayrağı altında üzən “Achilleas” gəmisindədir. Məsələ ilə bağlı Amerikanın Daadqustəri Vəzirliyinin hökm çıxarması gözlənilir. Bundan sonra gəmi Amerikaya aparılacaq. “Bloomberg” bu barədə fərmanın Amerikanın keçmiş prezidenti Donald Trampın dövründə verildiyini yazıb.
Bildirək ki, Tramp İranın atom fəaliyyətinə və Orta Şərq ölkələrinə müdaxiləsinə son qoymaq üçün təhrimləri sərtləşdirilib. Amerikanın yeni prezidenti Co Bayden isə Trampın 2018-ci ildə tərk etdiyi atom anlaşmasını yenidən müzakirə etmək istədiyini bildirib. Ancaq keçən həftə Bayden dövlətinin yeni xarici işlər vəziri postuna namizəd Antoni Blinken “İranla Amerika arasında münasibətlərin qurulması üçün hələ çox yol var” deyə açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button