İran

Məhəmməd Cavad Zərif İrəvana səfər edib

İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif bölgəsəl səfəri çərçivəsində Ermənistanın paytaxtı İrəvanda olub. İran rəsmisi Ermənistanla sıx dostluq ilgilərinin davam etdirildiyini açıqlayıb. Məhəmməd Cavad Zərif bölgədə iqtisadi alanda əməkdaşlıq üçün uyğun şərayit yarandığını bildirib. Onun sözlərinə görə, qarşılıqlı ilgilərin normallaşdırılması bölgədə barış və sabitliyin qorunmasına imkan yaradacaq.
Qeyd edək ki, Məhəmməd Cavad Zərifin Ermənistanın baş vəzir Nikol Paşinyan və erməni həmkarı Ara Ayvazyanla da görüşləri planlaşdırılır. Səfər çərçivəsində İran rəsmisinin Ermənistanı dost ölkə adlandırması iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin davam etdirildiyini sübut edir.

Related Articles

Bir cavab yazın

Back to top button