İran

Ajans: İran uluslararası uyarılara baxmayaraq uranyom filizi ürətib

Uranyom filizinin ikili istifadə potensialı var və İran onu ürətərək atom bombası əldə edə bilər.

Qərbin Vyən danışıqlarının təhlükəyə düşməsi ilə bağlı uyarılarına rəğmən, uluslararası Atom Enerjisi Ajansı üzv ölkələrə verdiyi son raporda İranın zənginləşdirilmiş uranyom filizi ürətimində irəliləyiş əldə etdiyini təyid edib.

Reuters-in məlumatına görə, uluslararası Atom Enerjisi Ajansı 14 avqust, şənbə günü son raporunda təyid edib ki, İran UF4 (uranyom tetra florid) şəklində 200 qram yüzdə 20 zənginləşdirilmiş U-235 uranyom ürətmək üçün 257 qram 20 faiz zənginləşdirilmiş uranyomdan istifadə edib.

Ajansın bildirdiyinə görə, uranyom filiz ürətimi mərhələsi İranın atom reaktoru üçün yanacaq səfhəsi ürətimində lazım olan dörd mərhələnin üçüncüsüdür.

Bildirək ki, İranın ikili istifadə qabiliyyəti və bu filizin atom bombu ürətimində istifadə oluna bilməsi üzündən uranyom filiz istehsalı yönündə fəaliyyəti indiyə qədər Avropanın üç böyük gücünü və Amerikanı qəzəbləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button