İran

Şərqi Azərbaycanda fövqəladə vəziyyət

Şərqi Azərbaycan ustanı hələ də “qırmızı” vəziyyətdədir və 50 yaşınadək mərizlərdə ölüm sayı artıb.
Təbriz Tibb Elmləri Danişqahının rəisi bildirib ki, ustanda koronavirus mərizlərinin sayı 26 715 nəfərə çatıb. Danişqah rəsmisi Məhəmmədhüseyn Sumi vilayətdə koronovirusla bağlı son amara da münasibət bildirib.
“Şərqi Azərbaycan vilayəti COVİD-19 mərizliyinin yayılması baxımından “qırmızı” və ya ixtar vəziyyətindədir. Koronavirus bu ustanda hələ də fəaldır. Şərqi Azərbaycan hələ də koronavirusa tutulmağa meyillidir və hələlik bir çox insan tutulmayıb”, – deyə o, əlavə edib.
Məhəmmədhüseyn Sumi bu günədək Şərqi Azərbaycanda 26 715 nəfərin mərizliyə tutulduğunu qeyd edib. Məlumata görə, onlardan 1 231-i dünyasını dəyişib. 689 nəfərin mərizxanaların müxtəlif bəxşlərinə, yüzdə 20-nin isə ICU-ya yerləşdirildiyi açıqlanıb. Mərizlərdən 84 nəfər isə mekanik havalandırma dəstqahının köməyi ilə nəfəs alırlar.
“Təəssüf ki, bu yaxınlarda 23, 34 və 44 yaşlı mərizlər arasında ölüm hallarının baş verməsinə şahid olduq. Təbriz, Azərşəhr, Sərab, Miyana və Marağa “qırmızı”, Vərzeqan, Xudafərin, Horand “ağ”, başqa şəhərlər də “sarı” vəziyyətdədirlər”, deyə danişqah rəisi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button