İran

Zəngan əyalətinin şəhərlərində korona artır

Zənganın Tibb Elmləri Bilimyurdunun rəisi doktor Qızlbaş bildirib: “Korona Zəngan Əyalətinin Zəngan, Mahnişan, Xudabəndə, Əbhər və Xürrəmdərə Vilayətlərind artmaqdadır. Əyalətdə sağlıq qaydalarına yüzdə 51.8 riayət olunur. Zənganda riayət yüzdə 55.5, Xudabəndədə yüzdə 54, Əbhər və İCrudda yüzdə 51.5, habelə Tarım, Mahnişan və Sultaniyyə Vilayətlərində də bu rəqəmlər civarına riayət olunur. Zəngan, Əbhər və Xudabəndə vilayətlərində bu mərizliyin gedişi artandır, Mahnişan və Xürrəmdərə vilayətlərində isə bu gedişat əyalətdə ortalama miqdarından yuxarıdır və ölkə üzrə ortalama miqdarla demək olar eyni səviyyədədir. Restoranlarda sağlıq göstərişlərinə riayət yüzdə 55 olmaqla ən çox riayət olunan yerlərdəndir. Çörəkçilərdə riayət etmə yüzdə 45.2, müsafirdaşıma naviqanında yüzdə 45.5, supermarketlərdə isə yüzdə 50.5-dir”.

Related Articles

Bir cavab yazın

Back to top button