İran

Kəleybərdə qanunsuz kəsilmiş 120 ağac aşkarlanıb

Kəleybərdə qanunsuz kəsilmiş 120 ağac tapılıb. Faktla bağlı Kəleybər Vilayətinin Təbii Qaynaqlar İdarəsinin rəisi Saxavət Abhişt açıqlama verib. Məlumata görə, vilayətin təbii qaynaqları qoruma məmurları Məkidi kəndinin Meşə Para bölgəsinə nəzarət edərkən mücəvviz olmadan kəsilmiş 120 ağac tapıblar. Saxavət Abhişt bildirib ki, qanunsuz ağac kəsimi ilə məşğul olan şəxslərin tapılması üçün araşdırmalar davam etdirilir.
Qurum rəsmisi belə bir halla qarşılaşan şəxslərdən 1504 nömrəsi ilə təmas tutmalarını xahiş edib.

Related Articles

Bir cavab yazın

Back to top button