Azərbaycan

Ərdəbildə uşaqlara türk dilində kitablar paylanıb

Martın 28-i axşam saatlarında Ərdəbilli milli mədəni fəallar ana dili ilə bağlı maraqlı aksiya keçirib. Onlar son günlər İranın İrşad və Mədəniyyət Nazirliyinin qeyri-fars dillərə qarşı ayrı-seçkilik məzmunlu çıxışlarına etirazlarını bildiriblər.

Fəallar uşaqlar və əhali arasında türkcə uşaq kitabları və təqvim paylayıb, şəhərin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən “hanı ənim ana dilim” plakatı asıblar.

Qeyd edək ki, martın 7-də İranın Mədəniyyət və İrşad naziri Məhəmməd Mehdi İsmaili fars dilini qorumaq üçün polisin xidmətindən istifadə ediləcəyini deyib.

O, bu barədə martın 7-də Fars Dili Akademiyasının başçı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən Fars Dilini Müdafiə Koordinasiya Şurasının toplantısında danışıb.

“İş yerlərinin lövhələrində xəbərdarlıqlara önəm verilmədiyi təqdirdə fars dili və ədəbiyatının qorunması üçün polis qüvvələrinin potansialindən istifadə ediləcək”-deyə, iranlı nazir bildirib.

Məhəmməd Mehdi İsmaili iddia edib ki, ali rəhbər Əli Xamneyinin göstərişinə əsasən polisin imkanlarından istifadə edilərək fars dilinin inkişafna nail olunacaq və “fars dili yaxın 50 ildə dünyanın elmi dili” kimi tanınacaq.

“Bu məsələ həm də prezidentin şəxsi qayğılarından biridir.
Mədəniyyət və İslami İrşad Nazirliyi, Radio və Televiziya Təşkilatı, bələdiyyə və polis fars dilinin qorunmasında dörd ən mühüm qurumlar sayılır və başqa sahələrin, o cümlədən Sənaye, Mədən və Ticarət Nazirliyinin rolu da bu məsələdə önəmlidir.

Xatırladaq ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 40 ildən artıqdır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və 40 milyon türkü təhsil hüququndan məhrum edib.

 

Related Articles

Bir cavab yazın

Back to top button