![](https://www.aznews.tv/wp-content/uploads/2023/02/ran-n-rucerd-h-rind-daha-20-agird-z-h-rl-ndi-0-1677064600-780x470.jpg)
Bundan öncə fevralın 21-də də eyni məktəbdə daha 15 şagird zəhərlənmişdi.
Şəhər fərmandarı Müslim Muradi şagirdlərin zəhərlənmə faktını təsdiq etsə də onun səbəbləri barədə açıqlama verməyib.
Qeyd edək ki, bu son 1 ay ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən neçənci hadisəsidir.
Bundan öncə İran rəsmiləri, o cümlədən təhsil naziri Yusif Nuri zəhərlənmə barədə xəbərlərin şayiə olduğunu iddia etmişdi.
İranın baş prokuroru tələbə və şagirdlərin zəhərlənmələrində sui-qəsd amilinin ola biləcəyi ehtimalı barədə danışıb və bunun səbəblərinin araşdırılmasını istəyib.