Hadisə Qarabağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub.
Nəticədə bir ailənin üç üzvü – 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.