İran

İran-Britaniya vətəndaşı qaçırılaraq “Sepah”a təhvil verilib

İran-Britaniya vətəndaşı Seyid Məhəmməd Xatəmi İraqda qaçırılıb və mey ayının 10-da “Sepah”a təhvil verilib. Bu barədə “Əl-Ərəbiyyə” kanalı xəbər verib. Məlumatda “Əbu Vəfa” ləqəbli Xatəminin İrana bağlı iraqlı yaraqlılar tərəfindən qaçırıldığı bildirilib. Onun Qədr gecələrini keçirmək üçün Kərbəla ilə Nəcəf şəhərlərinə getdiyi diqqətə çatdırılıb. Xəbərdə Məhəmməd Xatəmi İraqda anadan olan “dindar” bir ailənin üzvü kimi tanıdılır və atasının Xomeyninin dostu olduğu qeyd edilir. Onun İranın ilk prezidenti Əbülhəsən Bəniy Sədrlə əksi də yayımlanıb. “Sepah”ın qurulmasında rolu olan Xatəmi Bəniy Sədr devrildikdən sonra İrandan çıxıb. İran ilə İraq dövlətləri hələlik qaçırılma olayı ilə bağlı açıqlama verməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button