Azərbaycanİran

Azərbaycanda İran vətəndaşına narkokuryerlik edən şəxs həbs edilib

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən Kamran Quliyev adlı şəxs saxlanılaraq həbs edilib. Bu barədə "Report" xəbər portalı məlumat verib.

Quliyevdə 5 kiloqrama yaxın marixuana aşkar edilib. O, sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan Cəlal adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button