Azərbaycanİran

Qəzvində hicaba görə ekoturizm mərkəzi bağlanıb

Qəzvində məcburi hicab qaydalarını pozan qonaqlara xidmət verdiyi üçün ekoturizm mərkəzinin fəaliyyəti qadağan edilib.

Bu barədə Qəzvin əyalətinin Mədəni İrs Mərkəzinin ictimai məkanlara nəzarət mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, ekoturizm mərkəzinin məsulu saxlanılıb və barəsində cinayət işı açılaraq məhkəmə orqanlarına təhvil verilib.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button