Azərbaycanİran

Binabda güclü yanğın olub- Yaralananlar var

Oktyabrın 5-i günorta saatlarında Şərqi Azərbaycan əyalətinin Binab şəhərinnin sənaye şəhərciyində yerləşən "Həmtaz motor" motosiklet zavodunda güclü yanğın baş verib.

Bölgəyə çox sayda yanğınsöndürən briqadanın cəlb olunub və sənaye şəhərciyinin başqa bölmələrinə sirayət edən yanğın gecə saatlarında söndürülüb.

Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.

O, ağır xəsarətlər alan yaralıların Binab, Əcəbşer və Təbriz xəstəxanalarına köçürüldüklərini, dördünün vəziyyətinin ağır olduğunu bildirib.

Yanğının səbəbləri barədə hər hansı məlumat verilməyib və hadisənin araşdırıldığı qeyd edilib.

Timur

Related Articles

Bir cavab yazın

Back to top button