İran

Daşmakıda külli miqdarda qaçaq malları tapılıb

Daşmakı vilayətində bir otobusdan 4 milyard rial dəyərində qaçaq malları tapılıb. Bununla ilgili şübhəli bilinən 1 şəxs tutuqlanıb. Məsələ ilə bağlı dey ayının 4-də Qərbi Azərbaycanın polis fərmandehi Sərtip Məsud Xürrəmnia açıqlama verib. O, bildirib ki, polis məmurları otomobillərə nəzarət edərkən şübhəli müsafir otobusunu saxlayıblar. Otobusa baxış zamanı 100 kot-şalvar, 80 palto, 180 şalvar, 350 köynək və 34 cüt ayaqqabı ələ keçirilib. Qaçaqmalçılıq məqsədilə istifadə edilən otobus müsadirə edilib və ilkin pərvəndə təşkil olunub.

Related Articles

Bir cavab yazın

Back to top button