Bölgə

İrana bağlı yaraqlılar Amerika və İsrailin hücumlarından qaçmaq üçün kamuflyaja əl atır

"Aznews tv" xəbər verir ki, İraqın Hizbullah qruplaşmasının üzvləri hava hücumlarından qorunmaq üçün adi insanların ya da bu ölkənin köçəri Bəsic qüvvələrinə oxşar geyimlərdən, habelə qeyri-hərbi maşınlardan istifadə ediblər.

Suriya və İraqda İrana bağlı yaraqlılar son iki il ərzində İsrail və Amerikanın onlara qarşı raket hücumlarından yayınmaq üçün yeni kamuflyaj strategiyasına üz tutublar.

“Aznews tv” xəbər verir ki, İraqın Hizbullah qruplaşmasının üzvləri hava hücumlarından qorunmaq üçün adi insanların ya da bu ölkənin köçəri Bəsic qüvvələrinə oxşar geyimlərdən, habelə qeyri-hərbi maşınlardan istifadə ediblər.

“Azad İran” Telegram kanalı xəbər verir ki, “Kətaeb-e Hizbullah” qruplaşmasının üzvlərindən biri “IranWire” saytına səs yazısı göndərərək bildirib ki, adıçəkilən qrup Amerikanın 26 fevral 2021-ci ildəki hava hücumundan sonra növbəti hücumlardan qorunmaq üçün İraqın köçəri Bəsic qüvvələri və adi sivil insanlar kimi geyinməyə başlayıblar.

Qeyd edək ki, İrana bağlı yaraqlılar müxtəlif geyimlərdən istifadə edir. Onların hər birinin özünün yay, qış və ya xüsusi təlim geyimləri var.

Related Articles

Bir cavab yazın

Back to top button