Bölgə

Suriya hökuməti İsrailin raket zərbələri nəticəsində bir əsgərinin öldüyünü təsdiq edib

"Aznews tv" xəbər verir ki, Suriyanın rəsmi mediası "Syrian Arab News Agency -SANA"nın məlumatında bildirilib ki, İsrail raket zərbələri ilə Suriyanın cənubundakı hərbi mövqeləri vurub.

Suriya mediası bu gün səhər İsrailin ölkənin cənubuna doğru atdığı raket zərbələri nəticəsində ən az bir nəfərin öldüyünü yazıb.

“Aznews tv” verir ki, Suriyanın rəsmi mediası “Syrian Arab News Agency -SANA”nın məlumatında bildirilib ki, İsrail raket zərbələri ilə Suriyanın cənubundakı hərbi mövqeləri vurub.

Xəbərdə habelə qeyd olunub ki, sözügedən raket zərbələri nəticəsində maddi xəsarətlə yanaşı, bir əsgər də həyatını itirib.

İsrailin raket zərbələri ilə Suriyanın dəqiq hansı bölgəsində və hansı hərbi bazanı vurması ilə bağlı məlumat verilməyib.

İsrail rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, onlar İran və ona bağlı yaraqlıların Suriyadakı hərbi mövcudluğuna dözməyəcək və bu qüvvələrə hər hansı zərbə endirmək cəhdindən çəkinməyəcəklər.

Qeyd edək ki, İsrail hökuməti dəfələrlə Suriya torpaqlarında İrana bağlı yaraqlıların bazalarını, o cümlədən Livan Hizbullahına yaxın qüvvələri hədəf aldığını etiraf edib.

Related Articles

Bir cavab yazın

Back to top button