İran

BMT mütəxəssisləri İrandan interneti məhdudlaşdıracaq qanundan əl çəkməsini istəyiblər

Birləşmiş Millətlər Təşkilatının insan haqları sahəsində mütəxəssisləri İran hökumətindən "virtual məkanda istifadəçilərin hüquqlarının qorunması" qanununu qəbul etməyə çalışmaqdan əl çəkməsini istəyib.

Birləşmiş Millətlər Təşkilatının insan haqları sahəsində mütəxəssisləri İran hökumətindən “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” qanununu qəbul etməyə çalışmaqdan əl çəkməsini istəyib.

“Aznews tv” xəbər verir ki, bu barədə onların yaydıqları bəyanatda məlumat verilir.

Bildirilir ki, bu qanun İranın qlobal internet məkanından təcrid edilməsinə yol açacaq.

Bəyanatı imzalayanlar arasında BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhman, vicdan və ifadə azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan və mədəni hüquq üzrə xüsusi məruzəçisinin adları da var.

Qeyd edək ki, İran hökuməti uzun müddətdir “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” qanununu qəbul etdirməyə və bununla da ölkə vətəndaşlarının internetə və sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağa çalışır. Qanun layihəsi həm sadə xalq, həm də İran siyasətinin bəzi tanınmış simaları tərəfindən kəskin tənqid edilir.

Related Articles

Bir cavab yazın

Back to top button