Dünya

ARKTİKADA SÜRƏTLİ İSTİLƏŞMƏ BAŞLADI

Arktikada sürətli istiləşmə başladı
Sibirdə yeni istilik rekordu Arktikanın istiləşmənin sürətləndiyini göstərir.
“Daily Mail” xəbər verir ki, Yakutsk və Verxoyansk şəhərlərində 38 dərəcə isti qeydə alınıb.
Bu, Ark tikada hava müşahidələri tarixində ən yüksək göstəricidir: son rekord 1915-ci ildə Alyaskada olub. Burada 38 dərəcə qeydə alınmışdı.
Alimlər belə hərarətin 2100-cü ilə qədər çatmayacağını güman edirdilər, buna əsasən, Arktikanın istiləşməsi 80 il daha sürətli gedir.
Bundan əlavə, 23 mayda Xatanqa kəndində 25 dərəcə isti qeydə alınıb ki, bu da əvvəlki rekorddan 11 dərəcə yüksəkdir. Bu həftə Verxoyanskda 36 dərəcə isti gözlənilir.
İstiliyin əsas səbəbi gülxana qazlarının atmosferə atılmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button