Dünya

Suriya Əl-Qüneytrənin cənubuna İsrail hücumunun olduğunu açıqlayıb

Suriya ordusu azərin 5-i açıqlama yayaraq İsrail Dəmişqin güneyində, Cəbəl Mane bölgəsi və Qüneytrənin güneyində bir sıra hədəflərə havadan yeni həmlələr etdiyini bildirib. Belə ki, bu bölgələr İran qüvvələrinin yerləşdiyi ərazilərdir. Məlumata görə, həmlələr maddi xəsarətlərlə nəticələnib.
Qeyd edək ki, ötən bir həftə ərzində bu hal ikinci dəfədir ki, yaşanır. Ancaq İsraildən hələlik heç bir rəsmi açıqlama verilməyib.
Suriyanın Didban Qrupunun verdiyi məlumata görə, həmin yönlərdən İranın Dəmişq və Qüneytrədə yerləşən mövqelərinə hücum edilib.
Bildirək ki, İsrail ötən həftə İranın Sipah Pasdaran qurumunun Qüds qüvvələrini və Suriya ordusuna aid nizami hədəfləri bombaladığını bəyan edib.
Suriyanın dövlət rəsmiləri isə bu hücumda 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button