Dünya

Pompeo: İrana qarşı silah təhriminin uzadılmasına razıyıq

Amerikanın xarici işlər vəziri Mayk Pompeo Əmniyət Şurasının İrana qarşı silah təhrimini uzatmasına razı olduqlarını bildirib. Təkcə bunun necə ediləcəyi ilə bağlı fikir ayrılıqlarının olduğunu qeyd edib. O, 25 tirdə keçirdiyi mətbuat konfransında Amerika kimi Avropa ölkələrinin də Əmniyət Şurasının İrana qarşı silah təhriminin müddətinin uzadılmasına tərəfdar olduqlarını açıqlayıb. Qeyd edək ki, Pompeo əmniyyət Şurasının İrana qarşı silah təhriminin uzadılması istiqamətində səylərini artırıb. “Demək olar ki, hər kəs İrana qarşı silah təhriminin uzadılması ilə bağlı eyni fikirdədir. Avropalı müttəhidlərimiz də bunu bildirir. Onlar habelə İrana qarşı silah təhriminin oktobrda başa çatmasından sonra nə olacağından narahatdırlar” deyə vəzir əlavə edib. “İrana qarşı silah təhriminin uzadılması ilə bağlı yaxşı icma yaranıb, ancaq bu hədəfin necə gerçəkləşdirilməsi barədə fikir ayrılıqları var”,-deyə o, bildirib. “Biz İrana qarşı silah təhrimini uzatmaq istədiyimizi açıq şəkildə bildirmişik. Ancaq Əmniyət Şurası vasitəsilə bu baş tutmazsa, məsələ ilə bağlı əlimizdən gələni etməyə hazırıq. Hədəfimizə çatacağımıza inanırıq” deyə Pompeo vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button