İran

Ramhormozda bir ayda 6 şagird intihar edib

Ramhormoz şəhərində 15 yaşlı qızın intihar etməsi ilə son bir ayda intihar edən şagirdlərin sayı 6 nəfərə yüksəlib. Bu barədə yerli “Əsr-e Cənub” saytı məlumat yayıb. Bildirilib ki, novambrın 12-də 15 yaşlı yeniyetmə özünü asaraq intihar edib. Məsələ ilə bağlı Ramhormoz fərmandarı Arəş Qənbəri açıqlama verib. O, yeniyetmənin intihar etməsi xəbərini təyid edib və olayı araşdırmaq üçün “karşinas qrupu” təyin olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, şagirdin intiharının səbəbləri barədə məlumat verilməyib.
“Əsr-e Cənub” saytı Ramhormoz Şəhər Təhsil İdarəsinin müdiri Rəhim Rüstəmiyə istinadən başqa bir şagirdin intiharının ayrıntılarını açıqlayıb. Məlumata görə, yeniyetmənin özünə qəsd etməsinin səbəbi onun ailəsi tərəfindən mobil telefonla təmin olunmaması və buna görə də təhsilini yarımçıq qoymasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button