İran

Məsud Fəqih Dinvəri: “Təbrizdə koronavirus xəstələrinin sayı azalıb”

“Təbriz şəhərinin İmam Riza Mərizxanasına yerləşdirilən koronavirus mərizlərinin sayında yüzdə 60 azalma olub. Koronavirusa tutulmanın yenidən artmaması üçün sağlıq qaydalarına əməl edilməlidir”. Bu sözləri dey ayının 6-da Təbriz şəhərinin İmam Riza Mərizxanasının rəisi doktor Məsud Fəqih Dinvəri deyib. O, bildirib ki, ötən 2 həftədə Urjans Şöbəsinə müraciət edənlərin sayı yüzdə 50 azalıb. Həmin müddətdə koronavirusdan dünyasını dəyişənlərin sayında da azalma olub. Habelə mərizxananın bir sıra ixtisaslaşmış bəxşləri yenidən açılıb.
Doktor Dinvəri mərizxanada oksijen kəpsulu çatışmazlığı məsələsinə də toxunub. “Mərizxanaya gərəkən oksijen kəpsulu Təbrizin Tibb Elmləri Danişqahı rəisinin, məsul şəxslərin və ustan müdiriyyətinin gördüyü işlərlə həll olunub. Mərizlərin sayındakı azalmanın sağlıq qaydalarına riayət etmələrinin nəticəsidir, bunun ardı tutulmalıdır “,-deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button