BölgəİqtisadiyyatİranSiyasət

İranlı nazir: Ölkədə vəziyyət İraqla müharibə dönəmindən daha ağırdır

İranın neft naziri Bijan Namdar Zəngane bu gün ölkəsində yaşayış şəraitinin İraqla müharibə dönəmindən daha ağır olduğunu etiraf edib.

Aznews.tv-nin Anadolu Ajansına istinadən verdiyi məlumata əsasən, onun sözlərinə görə İran ağır günlər yaşayır və ölkə əhalisi, demək olar ki, müharibə şəraitində yaşayır.

“İraqla müharibə zamanı satılan neftin əvəzinə pul alırdıq, lakin bu gün bunu etmək çox çəıtindir. İran birbaşa neft ixrac edə bilmir.

Müharibə zamanı neft ixracı ilə bağlı problemimiz yox idi. Səddam Hüseynin məqsədi sadəcə İranın neft infrastrukturunun obyektləri idi. Buna baxmayaraq, İran satdığı neftə görə pulunu ala bilirdi. Bu gün isə bu istiqamətdə vəziyyət olduqca müşküldür”, – deyə nazir əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button