Bu barədə İran mediası məlumat yayıb.
O, HƏMAS-ın İsrailə qarşı hücumunu dəstəkləyib və bunun regional və qlobal səviyyədə ciddi strateji dəyişikliklərə səbəb olduğunu deyib:
“Bölgə ölkələrinin İsraillə münasibət qurmaqda məqsədləri Amerikanın məmnunluğunu qazanmaqdır. Amma bunun artıq onlar üçün müsbət nəticəsi və bəhrəsi olmayacaq. HƏMAS-ın əməliyyatından sonra İsrail bir daha sülh və sabitlik üzü görməyəcək. Təl-Əviv və onun himayəçilərini ağır qısas gözləyir”.