Azərbaycan

Güneyli milli fəal həbs olundu

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan və bundan öncə Təbriz Universitetində nəşr olunan "Ərk" nəşrinin baş redaktoru milli-mədəni fəal Behnam Zarei həbs olunub.

Onun yaxınlarının verdiyi məlumata görə, Zarei iyulun 9-u, Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Məlumatda milli fəalın mobil telefon, bilgisayar və başqa şəxsi əşyalarının məmurlar tətəfindən müsadirə edildiyi, onun özünün Əhər şəhərinə aparıldığı qeyd olunub.

Behnam Zareinin nədə ittiham olunduğu barədə onun yaxınlarına heç bir məlumat verilməyib.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı elmləri üzrə bakalavrlar və siyasi elmlər üzrə aspirantlardır.

Related Articles

Bir cavab yazın

Back to top button