İran

İranda son 20 ildə misli görünməmiş dərman çatışmazlığı yaşanır

"Aznews tv" xəbər verir ki, son günlər ölkədə xəstələr (məriz) əllərində resept (nüsxə) aptekləri gəzsələr də, dərman tapa bilmirlər.

İranda son 20 ildə görünməmiş dərman çatışmazlığı yaşanır.

“Aznews tv”  İranın rəsmi İSNA agentliyinə istinadən xəbər verir ki, son günlər ölkədə xəstələr (məriz) əllərində resept (nüsxə) aptekləri gəzsələr də, dərman tapa bilmirlər.

Həm də çatışmazlıq tək xaricdən alınan dərmanlarda deyil, yerli istehsal olan dərmanlar da apteklərdə “yoxa çıxıb”.

İSNA-ya açıqlamasında faktı İranın Dərman İstehsalçıları Birliyinin rəis müavini Əli Fatimi də təsdiqləyib.

O bildirib ki, İranda hər zaman dərman çatışmazlığı olub, amma bu 30-40 növ dərmanla bağlı olub. Onlar da, əsasən, xaricdən alınan dərmanlar olub. Lakin hazırda yerli istehsal olan dərmanlar da daxil olmaqla 100- 150 arası növ dərman çatışmazlığı yaşanır, hansı ki, bu, son 20 ildə görünməmiş hadisədir.

Problemin dövlətin bir çox sahələrdə, xüsusən də valyuta sahəsində yürütdüyü yanlış siyasətdən qaynaqlandığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button