İran

Siyasi məhbus İsrafil Fətullahzadə məzuniyyətə göndərilib

Əhər zindanında həbsdə olan azərbaycanlı siyasi məhbus İsrafil Fətullahzadə marsın 18-də mürəxəsiyə göndərilib. O, 100 milyon tümən vəsiqə qarşılığında avrilin 2-dək müvəqqəti azadlığa buraxılıb.
Qeyd edək ki, Azərbaycanlı fəal janviyənin 30-da icra məmurları tərəfindən tutuqlanıb. İsrafil Fətullahzadə 7 aylıq həbs cəzasını çəkmək üçün Əhər zindanına göndərilib. Siyasi məhbus daha öncə türklərə qarşı son dərəcə alçaldıcı dialoqlar və sözlərin yer aldığı “Fitile” televizyon proqramına qarşı xiyavan etirazlarında iştirak etdiyi üçün saxlanılıb. Bundan əlavə, o, 20 fevriyyə 2014-cü ildə Əhərdə Beynəlmiləl Ana Dili Günü münasibətilə təşkil edilən mərasim zamanı həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button