İran

İran Futbol Federasiyasının sədr müavini fırıldaqçılıq ittihamı ilə həbs edilib

İran Futbol Federasiyasının sədr müavini Şohre Musəvi rəqəmsal valyutalarla bağlı fırıldaqçılıq ittihamı ilə əri ilə birlikdə həbs edilib. "İRNA" xəbər ajansı dünən məlumat yayaraq bildirib ki, xanım Musəvi 1,8 trilyon tümən girov qarşılığında zindana göndərilib.

“Mehr” xəbər ajansı isə bu barədə yazıb ki, xanım Musəvi fırıldaqçılıq səbəbilə və xalqdan gələn çoxlu şikayətlər əsasında həbs edilib. Musəviyə qarşı cinayət işi, pulunu itirmiş 3000-dən çox vətəndaşın şikayəti əsasında açılıb. Xanım Musəvinin həmin şəxslərdən dələduzluq yolu ilə bir neçə trilyon tümən aldığı məlum olub.

Related Articles

Bir cavab yazın

Back to top button