İran

Niyə İranda əfqan mühacirlərlə pis rəftar olunur?

İrandakı əfqan qaçqınlarının vəziyyətinə daim əlverişli qanunların olmaması, onların əmək bazarında istismar edilməsi, sanksiyaların azaldılması üçün beynəlxalq birliyə basqılar və s. kimi amillər təsir edib.

Bu barədə əfqanıstanlı rejissor və mədəni-siyasi fəal Şəfəq Siyəhpuş “Anadolu ajansı”na açıqlamasında deyib: “İranda son bir neçə gündə baş verən acı hadisələr yeni deyil, bu hadisələr uzun müddətdir mövcud olub və mühacirət başlayandan bəri zaman-zaman baş verib”.

O, daha sonra bildirib: “Əsas məsələ bundan ibarətdir ki, İran hakimiyyəti əfqan mühacirlərə alət kimi baxaraq ondan qlobal bir maneə kimi və vizaların verilməsi yolu ilə iqtisadi qazanc əldə etmək və vətəndaşlarının işsizliyinə haqq qazandırmaq üçün istifadə edir. İran sanksiyaların yumşaldılmaması halında mühacirləri deportasiya edəcəyi ilə beynəlxalq ictimaiyyətə təzyiqlər göstərir”.

Related Articles

Bir cavab yazın

Back to top button