AzərbaycanDünyaİran

1XURDAD/22 MAY MİLLİ AYAQLANMANIN İL DÖNÜMÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARININ BİRGƏ ÇAĞRIŞI

Güney Azərbaycan təşkilatlari 1 xurdad milli qiyami il dönümü münasibəti ilə bayanat verdi

🔷1XURDAD/22 MAY MİLLİ AYAQLANMANIN İL DÖNÜMÜ İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARININ BİRGƏ ÇAĞRIŞI

🔹Dəyərli Azərbaycan Türk Milləti!

🔹İran Farsçı şah və molla rejimi, 1925-ci ildən bəri milli dövlətçiliyimizi ələ keçirdİkdən sonra vətənimizi hər tərəfli şəkildə sömürgələşdirmişdir.

🔹Güney Azərbaycanı Türksüzləşdirmək üçün soyqırıma, sürgünə, zindana, işkəncələrə əl vurmaqla yanaşı, Azərbaycanın etnoqrafiyasını dəyişdirmək strategiyası uyğulamış və Azərbaycan Türklərinin özgüvənini qırmaq hədəfi ilə faşist rejim çeşidli aşağılayıcı proqramlar həyata keçirmişdir.

🔹Aşağılama siyasətinin ən bariz örnəyində isə ölkənin %40 nüfusunu böcəyə (pıspısaya) bənzədmişdir. Rəsmi “İran Qazeti”ndə millətimizə qarşı karikatura yayılmış, etiraza qalxan millətimizə qurşun yağmışdır.

🔹1 xurdadla başlayan iki həftə boyunca otuzdan artıq Güney Azərbaycan şəhərlərində, Azərbaycan öyrənci hərəkətinin öncüllüyündə, milli kimliyini savunan Türk millətinə qarşı uyğulanan şiddət nəticəsində 10 larla vətəndaşımız şəhid düşmüş, 100 lər vətəndaşımız yaralanmış, minlərcə suçsuz qadın, kişi, gənc, yaşlı tutuqlanaraq ağır işkəncə və həbslərə məruz qalmışdır.
Faşist rejim, 2006/1385/də dövlət terror aktlarına əl vuraraq Azərbaycan Milli Hərəkətının ayaqlanmasını keçici olaraq durdura bilsə də, XURDAD/MAY/ ruhunu heç bir zaman millətimizin milli gündəliyindən silməyə qadır deyildir.

🔹Bugün, Azərbaycan Milli Hərəkatının ortaya qoyduğu “Azadlıq-Ədalət-Milli Hökumət” devizi xurdadların sarsılmaz iradəsinin aydın göstərisidir. Gündən-günə güclənən Azərbaycan Milli Hərəkatı, faşist rejimin hakim və oposizyon alanlarını dərindən qorxuya salıbdır.

🔹Gəncliyimiz, faşist farsçı rejimi torpaqlarımızdan silib-atmaq uğrunda mücadilə səflərini sıxlaşdırır. İrqçılığa qarşı əzilən millətlərin cəbhəsi gün keçdikcə böyüyür. Dünya, vətənimiz Azərbaycanda və bölgəmiz orta doğuda böyük dəyişikliyin olmasına hazırlanır.

🔹İgid gəncliyimiz!

🔹Azərbaycanın aydın gələcəyi sizin əlinizdədir. Azərbaycanın qurtuluşu sizin polad iradənizdən asılıdır. Azərbaycanın sarsılmaz qeyrəti və tükənməz qüruru sizsiniz. Tarix boyu yurdumuz uğruna Tökülən qanların əmanətdarı sizsiniz.

🔹Bir haldakı xaricdəki vətəndaşımız Berlin’də ikinci “Azadlıq, Ədalət, Milli hökumət” mitinqinə hazırlanırlar, Bir xurdad şəhidlərinin qanı yerdə qalmasın deyə, gəncliyimizi “Hər yer eyləm yeri , Hər zaman eyləm zamani” taktikinə dayanaraq Güney Azərbaycanın bütün şəhərlərində etiraza çağırırıq.

🔹Xurdad 1385/may 2006/ şəhidlərimizin qanı yerdə qalmaz!

🔹Yaşasın Azərbaycan Türk Milləti!

🔹Azadlıq ,Ədalət, Milli Hükümət!

♦️ Azərbaycan Mərkəz Partiyası – AMP

♦️Azərbaycan Milli Dirəniş Təşkilatı – DİRƏNİŞ

♦️Azərbaycan Öyrənci Hərəkəti – AZOH

♦️Güney Azərbaycan Demokrat Partiyası – GADP

♦️Güney Azərbaycan Demokratik Türk Birliyi – GADTB

♦️ Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

♦️ Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı – QURTULUŞ

14 May 2023

Related Articles

Bir cavab yazın

Back to top button