Azərbaycanİran

Kərəcdə daha iki məhkum edam edilib

Kərəcin Rəcaişəhr zindanında saxlanılan məhbuslar ailələri ilə telefon danışığı zamanı zindanda daha iki məhkumun edam edildiyini bildirib.

Məlumatda bildirilir ki, ölüm hökmü gizli şəkildə həyata keçirilib.

Məhbus ailələrinin İran İnsan Haqları Təşkilatına verdikləri xəbərə görə, Əşkan və Fəramərz Heydəri silahlı basqında ittiham oluaraq edam cəzasına məhkum edilmişdilər.

Zindan məsulları, İran məhkəməsi və rəsmi media Heydəri qardaşlarının edamı barədə məlumat verməyib.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88 faizi barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna “gizli edam” adı veriblər.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button