İran

Abbas Lisaniyə qarşı qadağalar tətbiq edilib

Ərdəbil zindanının müdiriyyəti bu zindanın 7-ci bəndində saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı qadağaların qoyulması ilə ilgili tapşırıq alıb. Bu barədə zindanın müdiriyyəti məhbusun ailəsinə verdiyi məlumatda bildirib. Belə ki, Ərdəbilin Ümumi və İnqilab dadsitanı tərəfindən Abbas Lisaniyə qarşı qadağaların tətbiq olunması ilə bağlı Ərdəbil zindanına göstərişlər verilib.
Qeyd edək ki, novambrın 13-dən etibarən Abbas Lisaniyə bəlli olmayan səbəblərdən ailəsi ilə görüşə və telefon danışığına icazə verilməyib. Bu, son iki ayda azərbaycanlı fəala qarşı tətbiq edilən ikinci belə qadağadır.
Bundan öncə, septambrda və Dağlıq Qarabağda döyüş əməliyyatları müddətində də ona telefon təmasına və görüşə icazə verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button