
Bu barədə məlumat yayan insan haqları təşkilatları öldürülən şəsin Əfşin Sənçuli olduğunu bildiriblər.
Məlumatda hökumət qüvvələrinin açdığı atəş nəticəsində etnik bəluçun avtomobilinin alışdığı və onun avtomobildə diri-diri yanaraq öldüyü bildirilib.
Qeyd edək ki, son bir il ərzində 288 etnik bəluc İran məmurları tərəfindən öldürülüb.
Onların əksəriyyəti İran, Əfqanistan və Pakistan sərhəddində pərakəndə yanacaq satan yoxsul şəxslərdir.