İran

Birləşmiş Millətlər Təşkilatından İranda insan haqlarının pozulması ilə bağlı qətnamə

Novambrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Məcməyinin üçüncü komitəsi tərəfindən İranda “insan haqlarının kobud və aşkar şəkildə pozulması”nı pisləyən qətnamə təsvib edilib. 67 saylı qətnamənin 79 müvafiq, 32 əleyhinə və 64 bitərəf səslə təsvib edildiyi bəlli olub. Bu qətnamə Kanadanın önərisi və Amerika, İngiltərə, Alman, Fransa da daxil olmaqla bir sıra ölkələrin dəstəyi ilə təqdim edilib. Qətnamədə İranda “ölüm cəzasının icrası, özəlliklə siyasi məhbusların edam hallarının artması”, “yetkinlik yaşına çatmayanlara ölüm cəzasının verilməsi”, “dini azlıqlara, o cümlədən Bəhai camiəsinin üzvlərinə qarşı basqıların artması”, “siyasi məhbusların haqlarının pozulması, onların vəkillə təmin edilməsinin qarşısının alınması” və “məcburi etirafların alınması” ilə bağlı məsələlərə toxunulub. Bu qətnamə İran hökumətindən qanunsuz həbs edilənlərin azad edilməsini istəyir.

Related Articles

Bir cavab yazın

Back to top button