az

Amerika: “İranın Səudiyyə Ərəbistanına qarşı istənilən hücumuna cavab verməyə hazırıq”

"Wall Street Journal" bu gün Səudiyyə və Amerika rəsmilərinə istinadən yazıb ki, Ər-Riyad İranın Səudiyyə Ərəbistanı və İraqdakı hədəflərə gözlənilən hücumu ilə bağlı məlumatları ABŞ-la paylaşıb

Rəsmilərin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı, ABŞ və bir sıra Yaxın Şərq ölkələri bu xəbərdarlığa cavab olaraq öz hərbi qüvvələrini “hazırlıq” vəziyətinə gətiriblər.

Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, İran hökuməti diqqəti daxili etirazlardan yayındırmaq üçün bu ölkəyə və İraqın Ərbil şəhərinə hücumlar etməyə hazırlaşır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib: “Biz hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daimi təmasdayıq və bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etməkdən çəkinməyəcəyik”.

SEPAH-ın baş komandanı Hüseyn Səlami son çıxışında Səudiyyə Ərəbistanını təhdid edərək demişdi: “Bir daha deyirəm, bu gənclərlə sizin yanınıza gəlib qisas alacağıq”.

Related Articles

Bir cavab yazın

Back to top button