İqtisadiyyat

Asiya bazarlarında “çoxşaxəli” trend yaranıb

Asiya – Pasifik regionunun fond bazarlarında bir tərəfdən koronavirusun mutasiyası, digər tərəfdən isə yeni dərmanlarla bağlı ziddiyyətli xəbərlərin təsitrilə müxtəlif istiqamətli dəyişikliklər baş verir.

Bakı vaxtı ilə saat 8.55-yə olan vəziyyətə görə Şanghay Fond Birjasının (SSE) əsas indeksi “Shanghai Composite” 0,58 faiz qalxaraq 3.414,72 bəndə, Şenjen Fond Birjasında (SHSE) “Shenzhen Composite” indeksi 1,34 faiz qalxaraq 2.292,95 bəndə, Cənubi Koreyanın “KOSPİ” indeksi 0,01 faiz qalxaraq 2.772,53 bəndə,çatıb, eyni zamanda Honq Konqun “Hang Seng” indeksi 0,21 faiz azalaraq 26.444,19 bəndə, Avstraliyanın “S & P/ASX 200” indeksi 0,17 faiz azalaraq 6.664,3 bəndə, Yaponiyanın “Nikkei 225” indeksi də 0,36 faiz azalaraq 26.668,06 bəndə geriləyib.

Belə ki, Böyük Britaniyada koronavirusun daha sürətlə yoluxan yeni mutasiyasının aşkarlanması narahatlığa səbəb olub, bir çox ölkələr hətta həmin ölkəyə gediş-gəlişə məhdudiyyət tətbiq edib. ABŞ və Cənubi Koreyada yüksək yoluxma sayı müşahidə olunur.

Bununla yanaşı, ABŞ və Böyük Britaniyada peyvənd işlərinə başlandı, Avropa İttifaqı ölkələrində “Pfizer” və “BioNTech” şirkətlərinin dərmanının satışına dair icazə verilməsinə dair rəsmi qərar sabah verilməlidir.

Bundan əlavə, ABŞ Konqresində iqtisadiyyata 900 milyard dollarlıq dəstək zərfinə dair razılığın əldə edilməsi də bazarların diqqətindən yayınmadı.

Related Articles

Bir cavab yazın

Back to top button