Azərbaycan

Azərbaycan Xalq Cümhuri̇yyəti̇ni̇n yaranmasından 103 i̇l ötür

Bu gün Azərbaycanda Cümhuriyyət Günüdür.

1918-ci il meyin 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 1917-ci ildə Rusiyada baş vermiş Fevriyyə inqilabı nəticəsində Tezar İmperiyası devrilib. Bununla da ölkədə tezarizmin məzlum duruma saldığı millətlərin milli hərəkatı başlanıb. 1918-ci il meyin 28-də Azərbaycan Xalq Cümhuriyyəti-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu cümhuriyyət azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi böyük iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlımanlı cümhuriyyət və ilk demokratik, hüquqi, habelə dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinə isə Fətəli Xan Xoyski başçılıq edib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin septambrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük uğurlar və qalibiyyətlər əldə edib. İlk dəfə xanımlara seçim hüququ tanıyan və xanım-kişi bərabərliyini təmin edən Cümhuriyyət milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, uluslararası ilgilər və ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat eləcə də başqa uğurlar müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət 4 juən 1918-ci ildə Osmanlı dövləti olub.

1918-ci il 9 novabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdə olub.

Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi durumda cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb və, müvəqqəti olaraq devrildi. Bu hadisədən sonra Şurəvi Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə qatdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə şurəvi imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini əldə etdi.

1991-ci ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda isə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Related Articles

Bir cavab yazın

Back to top button